İki qardaş Zaqrebdə “Vardar”ın matçını idarə edəcək

25 Noyabr 2025 05:00 Həndbol 522
İki qardaş Zaqrebdə “Vardar”ın matçını idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.

Sportinfo.az xəbər verir ki, təcrübəli referilər Avropa Liqasının qrup mərhələsində Xorvatiyanın "MRK Sesvete" və Şimali Makedoniyanın "Vardar" komandalarının görüşünü idarə edəcəklər.

Noyabrın 25-də Zaqreb şəhərində təşkil ediləcək qarşılaşmanın EHF nümayəndəsi kosovolu Eşrəf Beqiri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti