Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi iştirak edəcəyi "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib.
Sportinfo.az-ın Azərbaycan Həndbol Federasiyasına istinadən məlumatına görə, komanda Kosovoda keçiriləcək turnir ərəfəsində hazırlıq prosesini "AHF Arena"da davam etdirir.
Baş məşqçi Səkinat Abasova toplanışa 14 oyunçu dəvət edib.
Milli noyabrın 26-dan 30-dək Priştina şəhərində təşkil olunacaq yarışda Kosovo ilə yanaşı, Böyük Britaniya, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.

