Federasiyanın Məşqçilər Şurasının iclası keçirildi, bu məsələlər müzakirə olundu

6 Noyabr 2025 04:10 Həndbol 706
Federasiyanın Məşqçilər Şurasının iclası keçirildi, bu məsələlər müzakirə olundu

Azərbaycan Həndbol Federasiyasının (AHF) ofisində Məşqçilər Şurasının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.

Toplantıda federasiyanın vitse-prezidenti Orxan Abbasov, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.

Görüş zamanı ötən mövsüm ərzində məşqçilərin fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışılıb.

Daha sonra XXXII Azərbaycan çempionatının reqlamenti, keçirilmə sistemi və oyun cədvəli barədə ətraflı məlumat verilib.

Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?