Azərbaycan millisinin VI İslamiadada rəqibləri müəyyənləşdi

03:20 Həndbol 83
Azərbaycan millisinin VI İslamiadada rəqibləri müəyyənləşdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Azərbaycan millisi Qazaxıstan, Özbəkistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu