Azərbaycan millisinin oyunçusu karyerasını "Qarabağ"da davam etdirəcək

24 Oktyabr 2025 02:00 Həndbol 1 389
Azərbaycan millisinin oyunçusu karyerasını "Qarabağ"da davam etdirəcək

Azərbaycan həndbol millisinin üzvü Nicat Əzizov karyerasını "Qarabağ"da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı oyunçu ötən mövsümü "Bakı" klubunda keçirib. Bu transfer təcrübəli oyunçunun "Qarabağ"a ikinci dönüşü kimi yadda qalacaq.

N.Əzizov karyerası ərzində "Məhsul" klubunun da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...