"Qalatasaray"ın oyununda şəhidlərimiz yad ediləcək, səs yazısı səslənəcək

24 Noyabr 2020 20:40 Hadisə 501
"Qalatasaray"ın oyununda şəhidlərimiz yad ediləcək,  səs yazısı səslənəcək

"Qalatasaray"ın oyunlarının birində İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış idman telejurnalisti Gündüz Abbaszadə "feysbuk" səhifəsində yazıb.

O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb:

"Prezidentin köməkçisi mənə dedi ki, növbəti oyunlardan birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək. Fərid yazılan forma ilə oyuna çıxacaqlar. Ailəsi komandanın oyununa dəvət ediləcək. Klub şəhidimizin məzarını da ziyarət edəcək".

Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.

Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız