COP29

Xankəndidə bir qrup dinc sakini girov götürdü - Qanunsuz rejimin qalıqları

24 Sentyabr 2023 03:30 Hadisə 946
Xankəndidə bir qrup dinc sakini girov götürdü - Qanunsuz rejimin qalıqları

Xankəndini tərk etmək niyyətində olan erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Bu barədə məlumat “Caliber”in teleqram kanalında paylaşılıb.

Məlumata görə, Xankəndidə bir qrup erməniəsilli sakin şəhəri tərk edərək Ermənistana getmək istəyir.

Bildirilir ki, dinc sakinlərin qohum və tanışlarının yaşadığı ölkəyə gedərək vəziyyət sakitləşənə qədər orada gözləmək istəmələri başadüşüləndir. Daxil olan müraciətlər nəzərə alınaraq Azərbaycan bu məqsədlə lazımi təhlükəsiz dəhliz də təşkil edib.

Lakin Xankəndidə qalan qanunsuz rejimin qalıqlarının idarə etdiyi erməni silahlı birləşmələri sözügedən insanları girov götürüb və canlı sipər olaraq istifadə etmək niyyətindədirlər.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"