COP29

İranda oyun zamanı qadını qucaqlayan futbolçuya bunu etdilər - VİDEO

24 Aprel 08:30 Hadisə 839
İranda oyun zamanı qadını qucaqlayan futbolçuya bunu etdilər - VİDEO

"İstiqlal"ın və İran millisinin qapıçısı Hüseyn Hüseyni ölkə çempionatının 23-cü turunun "Aluminium Arak" ilə oyununda qadın azarkeşi qucaqladığı üçün 1 oyunluq diskvalifikasiya edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

https://rmcsport.bfmtv.com/football/iran-un-footballeur-suspendu-apres-avoir-enlace-une-supportrice_AD-202404230290.html

31 yaşlı qolkiper matç zamanı meydançaya qaçan azarkeşi qucaqlayıb. O, meydana çıxan qadın azarkeşi təhlükəsizlik işçiləri tərəfindən saxlanılmadan əvvəl qucaqlayıb.

İndi Hüseyni diskvalifikasiyadan əlavə 300 milyon tümən (4,4 min avro) cərimə ödəməlidir.

2022-ci ildən etibarən qadınların yenidən futbol stadionlarına girməsinə icazə verilib. İslam Respublikası kişinin ailə dairəsi xaricində qadına toxunmasını qadağan edir.

31 yaşı olan Hüseyn Hüseyni demək olar ki, bütün karyerasını İranın ən məşhur klublarından biri olan "İstiqlal"da keçirib. O, İran millisinin üzvüdür (12 oyun) və 2022-ci ildə Qətərdə keçirilən son dünya çempionatının iştirakçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti