Aşağı liqaya düşdülər, futbolçuların maşınları yandırıldı - FOTO

8 Dekabr 2023 03:50 Hadisə 809
Aşağı liqaya düşdülər, futbolçuların maşınları yandırıldı - FOTO

Braziliya çempionatında yüksək liqadan düşən “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Sportinfo.az xəbər verir ki, hadisə “Santos”un çempionatın son turunda “Fortaleza”ya məğlub olduğunu (1:2) matçdan sonra baş verib.

Baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanınan “Santos” mövsümü 17-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti