COP29

“Düzünü desəm, bu, mənə iyrənc göründü, yazıq qız olanları öyrənəndə məyus oldu”

14 Avqust 00:00 Hadisə 751
“Düzünü desəm, bu, mənə iyrənc göründü, yazıq qız olanları öyrənəndə məyus oldu”

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında ən çox danışılan idmançılardan olan İman Xelifini Olimpiyadaya hazırlayan məşqçisi Georges Kasor idmançıya qarşı transgender iddialarına münasibət bildirib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, Xelifin ittihamlardan məyus olduğunu deyib.

“Diskvalifikasiya testlər əsasında aparılıb. Düzünü desəm, bu mənə iyrənc göründü.

Bu bioloji testlərin nəticələrindən asılı olmayaraq və onların detallarına varmadan, bioloqların və həkimlərin işidir. Bu yazıq gənc qız, olanları öyrənəndə məyus oldu”, - deyə məşqçi vurğulayıb.

Xelif və Tayvan təmsilçisi Lin Yutinq bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyiblər.

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının Paris-2024-də iştirakını təsdiqləyib.

Lakin Paris-2024-də qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İman Xeliflə döyüşməkdən imtina edib.

İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olması olub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Anjela Karini rinqdən çıxdığı üçün hakimlər Xelifə texniki qələbə veriblər.

İman Xelif Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında çempion olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!