AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Sportinfo.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilən kursa 22 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.
Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara “
Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair örnəklər nümayiş etdirilib, onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb. İlk gün nəzəri hissədən ibarət olub.
Kurs 3 gün davam edəcək.

