Azərbaycan millisinin sabiq baş məşqçisi yeni iş yeri tapdı

11 Dekabr 2025 13:20 Hadisə 517
Azərbaycan millisinin sabiq baş məşqçisi yeni iş yeri tapdı

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan millisinin baş məşqçisi təyin edilib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Son olaraq Monteneqro yığmasına rəhbərlik edən Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti