Qəbələyə duman çökdü, “Turan”la matç təxirə salındı - VİDEO

8 Dekabr 2025 18:20 Hadisə 1 251
Qəbələyə duman çökdü, “Turan”la matç təxirə salındı - VİDEO

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb.

Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır.

Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.

Matç barədə qərarın daha sonra açıqlanacağı bildirilib.

PFL-dən verilən məlumata görə, qarşılaşma təxirə salınıb:

Əsasnaməyə uyğun olaraq 30 dəqiqə gözlənilib, amma hakimlərlə məsləhətləşilib. Bildirilib ki, duman daha da qatılaşıb, ona görə də oyun təxirə salınıb. Vaxtla bağlı planlama aparılı”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!