18 yaşlı müdafiəçi 1 ay öncə məşqdə üzündən zərbə aldı, xəstəxanada öldü

21 Mart 2025 00:20 Hadisə 481
18 yaşlı müdafiəçi 1 ay öncə məşqdə üzündən zərbə aldı, xəstəxanada öldü

"Bavariiya"nın gənclər komandasının sabiq futbolçusu Qo Çzyasyuan dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçi fevral ayında məşq zamanı üzünə dəyən zərbə səbəbindən kəllə-beyin travması almışdı. O, xəstəxanada vəfat edib.

Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın dünyanın bütün ölkələrindəki gənc futbolçulara öz istedadlarını göstərmək şansını verən "Bayern World Squad" proqramında iştirak etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!