Azərbaycanlı oyunçunun Avropa klubuna keçidi niyə baş tutmadı?

8 Fevral 02:10 Hadisə 1 335
Azərbaycanlı oyunçunun Avropa klubuna keçidi niyə baş tutmadı?

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Belçikaya yollanmağa çox yaxın olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "Eqnatiya" Əliyevə görə Belçikanın "Eupen" klubundan rəsmi təklif alıb.

Tərəflər arasında razılıq əldə edilib. Millimizin üzvü bu kluba keçməyə yaxın olsa da, sonda sənəd məsələlərinə görə keçid baş tutmayıb.

Belə ki, məhz viza məsələsi Əliyevin Belçikaya gedişinin qarşısını alıb və ən azından yaya qədər bu transferi təxirə salıb.

"Transfer pəncərəsi"də bağlandığından keçid reallaşmayıb. 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də “Eqnatiya”ya keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR