“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi FKSB Rumıniya çempionatının 19-cu turunun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Elias Xaralambusun komandası “Botoşani”ni qəbul edib və 3:1 ilə qalib gəlib.
Hazırda FKSB 33 xalla Rumıniya çempionatında liderliyini davam etdirir.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.