Modellə evlənən gənc futbolçudan MARAQLI FOTOLAR

18 Sentyabr 2024 03:40 Hadisə 721
Modellə evlənən gənc futbolçudan MARAQLI FOTOLAR

Braziliya millisinin və “Real Madrid”in 18 yaşlı gənc ulduzu Endrik 21 yaşlı model Qabrieli Miranda ilə evlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə Miranda sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, futbolçu və model 2023-cü ilin dekabrında görüşməyə başlayıblar.

Endrik 2024-cü ilin yayında 47,5 milyon avroya “Palmeyras”dan “Real Madrid”ə keçib. O, “kral klubu”nun heyətində 4 matça çıxıb və 1 qol vurub.

La Liqanın 2-ci turunda “Valyadolid”lə qarşılaşmada fərqlənən Endrik “Real” tarixində qol vuran ən gənc əcnəbi futbolçu olub.






Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!