COP29

“O, mənə "sənlik bir şey yoxdur, Allah bəxtimi belə yazıb" dedi"

7 Dekabr 2023 23:20 Hadisə 598
“O, mənə "sənlik bir şey yoxdur, Allah bəxtimi belə yazıb" dedi"

"Məyus olmuşam və o, meydana qayıdanadək bu hisslər hər zaman mənimlə olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Lerik"in futbolçusu Rahid Ağazadə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyununda "Sumqayıt"ın legioneri Kristian Velinovskini zədələməsi ilə bağlı danışarkən deyib.

Buna görə bütün turnirlərdə 6 matçlıq cəza alan 24 yaşlı müdafiəçi qarşılaşmadan sonra Şimali Makedoniyadan olan oyunçunun yanına getdiyini söyləyib:

"Mən 6 matç komandama kömək edə bilməyəcəyəm. Amma ən önəmlisi Velinovskinin sağlamlığı və meydana qayıtmasıdır.

Əməliyyatdan sonra da onunla görüşdüm. Şəxsi tanışlığımız yox idi. Amma həqiqətən çox yaxşı insandır.

Epizoddan dərhal sonra o halda mənə ilk təsəllini özü vermişdi. "Sənlik bir şey yoxdur, Allah mənim bəxtimi belə yazıb" dedi".

Matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək.

Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti