COP29

Qarabağdakı keçmiş separatçı rejimin "rəhbər"indən ŞOK ETİRAFLAR!

28 Noyabr 2023 20:30 Hadisə 632
Qarabağdakı keçmiş separatçı rejimin "rəhbər"indən ŞOK ETİRAFLAR!

Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb.

Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb.

Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib.

O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir.

Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"