"Xəzər Lənkəran"da yaxşı pul qazandım - “Neftçi” ilə oyunlar üçün darıxıram"

25 Yanvar 2023 00:30 Hadisə 945
"Xəzər Lənkəran"da yaxşı pul qazandım - “Neftçi” ilə oyunlar üçün darıxıram"

“Dürüst olmalıyam, Lənkəranda yaxşı pul qazandım”.

Sportinfo.az xəbər verir ki, Bunu “report”a müsahibəsində “Xəzər Lənkəran”ın sabiq legioneri Adrian Skarlatake keçmiş Premyer Liqa klubunda çıxış etdiyi dönəm barədə danışarkən deyib.

36 yaşlı rumıniyalı müdafiəçi 2010/2011 mövsümünün ikinci dövrəsində və 2012-2016-cı illərdə formasını geyindiyi Lənkəran təmsilçisində özünü rahat hiss etdiyini söyləyib:

“Orada çox yaxşı maaş verirdilər. Biznesə hələ başlamamışam. Çünki futbol oynayanda bununla məşğul olmaq çətindir.

Karyeramı bitirdikdən sonra nə edəcəyimə qərar verəcəyəm. Mənə əvvəllər başqa ölkələrdən təkliflər olmuşdu. Amma Azərbaycanda rahat olduğum üçün uzun müddət orada qaldım, ölkəni dəyişmək istəmədim”.

Hazırda ölkəsində “Mioveni” klubunun şərəfini qoruyan oyunçu “Xəzər Lənkəran”ın yenidən fəaliyyətini bərpa edərək, Premyer Liqaya qayıdacağına inanır:

“Xəzər Lənkəran” - “Neftçi” oyunları üçün darıxıram. Həmçinin “Xəzər”in azarkeşləri, matçlardan əvvəl və sonra olan atmosfer üçün də.

Ümid edirəm ki, “Xəzər Lənkəran” bir gün yenidən yüksək liqada çıxış edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti