Azərbaycan çempionatında böyük incident – VİDEO+FOTOLAR

29 Noyabr 2022 09:20 Hadisə 401
Azərbaycan çempionatında böyük incident – VİDEO+FOTOLAR

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda baş tutan "Şamaxı" - "Kəpəz" görüşündə insident yaşanıb.

Matçın sonlarına yaxın, daha doğrusu əlavə olunmuş dəqiqələrində futbolçular əlbəyaxa olub.

Belə ki, 90+5-ci dəqiqədə "Şamaxı"Nın 16 nömrəli futbolçusu Fuad Bayaramovla "Kəpəz"in "14 nömrə"si Elçin Əlicanovun mübarizəsindən sonra meydan sahiblərinin oyunçusu yerdə qalıb.

Bir neçə saniyə sonra Gəncə klubunun gürcü futbolçusu Giorgi Kantariya yerdə qalan futbolçuya yaxınlaşaraq əsəbi şəkildə nəsə deyib.

Bu zaman "Şamaxı"nın digər futbolçusu Bahadur Həziyev əsəbi şəkildə Kantariyanın üzərinə yeriyərək komanda yoldaşını müdafiə etməyə çalışıb. Nəticədə futbolçular arasında dava düşüb.

Dava zamanı hər iki komandanın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular və baş məşqçiləri də meydana daxil olub.

Bir neçə dəqiqə davam edən insidentdən sonra baş hakim Əliyar Ağayev futbolçulara sarı vərəqə ilə cəzalandırıb.

"Şamaxı" - "Kəpəz" görüşü 1:1 hesabı ilə bitib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN


Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!