Uğursuzluğa düçar olan Ermənistan millisinin baş məşqçisi istefaya göndərildi

30 Sentyabr 2022 01:40 Hadisə 484
Uğursuzluğa düçar olan Ermənistan millisinin baş məşqçisi istefaya göndərildi

Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

66 yaşlı mütəxəssislə UEFA Millətlər Liqasında qeydə alınan uğursuz nəticələrə görə yollar ayrılıb.

İspanıyalı məşqçi 2020-ci ildən Ermənistan yığmasına rəhbərlik edirdi.

Ermənistan UEFA Millətlər Liqasında qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vuraraq C Liqasına düşüb. Komanda V turda Ukraynaya 0:5, sonuncu turda isə İrlandiyaya 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!