UEFA "Olimpiakos"a məhdudiyyət qoydu - "Qarabağ"la oyunda

29 Sentyabr 2022 11:00 Hadisə 1 246
UEFA "Olimpiakos"a məhdudiyyət qoydu - "Qarabağ"la oyunda

UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

Sportinfo.az xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti