"Neftçi" Regekampfla nəticə qazanır, ona görə də nələrəsə göz yummaq olar" - VİDEO

28 Sentyabr 2022 14:40 Hadisə 1 214
"Neftçi" Regekampfla nəticə qazanır, ona görə də nələrəsə göz yummaq olar" - VİDEO

«Əgər nəticələr yaxşı olmasaydı, bu hadisədən sonra onu düşünmədən istefaya göndərmək lazım idi».

Bu sözlər «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanova məxsusdur.

ARB24 kanalına danışan keçmiş funksioner Lorentsiu Regekampfın boşandığı həyat yoldaşı Anamariya Prodanla yaşadığı son qalmaqalın komandaya mənfi təsirindən söz açıb.

O, rumıniyalı baş məşqçinin xanımını döyməsini əks etdirən görüntülərin mediada yayılmasının səbəbkarın reputasiyasına böyük zərbə vurduğunu deyib:

«Amma Regekampfın nəticələri normaldır. Şəxsi həyata qarışmamalıyıq. Hamımızın həyatında nələrsə olur, ancaq bu, işimizə mənfi təsir etməməlidir.

«Neftçi» Regekampfla nəticə qazanır, ona görə də nələrəsə göz yummaq olar».

SPORTİNFO.AZ

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti