
Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"a uduzan "Sürix" baş məşqçisi Franko Fodanı istefaya yollayıb.
Sportinfo.az İsveçrə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Uğursuz çıxışlara görə almaniyalı məşqçinin işinə son verilib. Fodanın 2024-cü ilin yayına qədər müqaviləsi qüvvədəydi.