Natiq Məmmədli idman mediasına göstərilən diqqət və onun əhəmiyyəti haqda danışdı

18 Avqust 2022 19:30 Hadisə 275
Natiq Məmmədli idman mediasına göstərilən diqqət və onun əhəmiyyəti haqda danışdı

“Konkret idman mövzusuna gəldikdə, Azərbaycan mediasının ona ənənəvi münasibəti var idi.

Xüsusən bizim qəzetlərdə idman 13 ya da 14-cü səhifənin materialı olub və ondan qabağa getməyib.

İdman jurnalistikası ictimai-siyasi məzmunlu jurnalistikanın fonunda, demək olar ki, görünməz idi”.

Bu sözləri Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli 1news.az saytına müsahibəsində idman mətbuatı barədə danışarkən deyib.

Onun sözlərinə görə, mediada onlayn seqmentin güclənməsi bu ənənəvi münasibəti aradan qaldırmış oldu: “Medianın İnkişafı Agentliyi yarandıqdan sonra idman jurnalistləri ilə görüşlər keçirildi və qərara alındı ki, bu sahəyə də dəstək göstərilsin. Müsabiqədə yardım ayrılan 39 onlayn media subyektindən 33-cü ictimai-siyasi məzmunlu, 6-sı isə idman saytıdır. İdman jurnalistləri bizim fərdi müsabiqələrimizdə də fəallıq göstərirlər. Digər sahələrdə ixtisaslaşan mediaya gəldikdə isə keçirdiyimiz müsabiqənin özünəməxsus standartları var. Məsələn, müsabiqəyə 10-dan çox idman saytı müraciət edirsə, yarış onların arasında keçirilir. Lakin tutaq ki, kulinariya və ya əmlak məsələləri üzrə hər hansı saytın müsabiqədə iştirakının mənası qalmır. Çünki o saytlarla yarışacaq digər media subyektləri ya yoxdur, ya da müsabiqəyə müraciət etmir. Müsabiqədə iştirak elə səviyyədə olmalıdır ki, burada rəqabətlilik prinsipi qorunsun”.

Digər Xəbərlər
Xəbər Lenti