“Neftçi” rahat oldu - 4 milyon avroya yaxın təzminat aldı, Azərbaycana gətirilmədi

3 Avqust 2022 17:20 Hadisə 5 048
“Neftçi” rahat oldu - 4 milyon avroya yaxın təzminat aldı, Azərbaycana gətirilmədi

"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan "Rapid" mərkəz müdafiəçisi Emanuel Ayvunu Bakı səfərinə özü ilə götürməyib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı Nigeriya əsilli futbolçuya İtaliyanın A Seriyasının debütantı "Kremoneze" ilə danışıqlar aparmaq və tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə getməyə icazə verilib.

Vyana klubu italyanlardan Avstriyanın U-21 millisinin üzvü üçün 4 milyon avroya yaxın transfer haqqı alacaq. Futbolçunun ötən mövsüm

"Admira"dan bu kluba 600-750 min avroya transfer olunduğunu nəzərə alsaq, bu, "Rapid" üçün gözəl sövdələşmə sayılır.

"Rapid"in xorvat əsilli idman direktoru Zoran Barişiç bu haqda belə deyib: "Transfer baş tutsa, biz çox razı qalarıq".

"Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”