“Qurban Qurbanov dil-ağız etdi ki, nə edirsiz edək, bunu yox - Məni Bakıya buraxmazlar”

4 İyul 2022 19:00 Hadisə 6 494
“Qurban Qurbanov dil-ağız etdi ki, nə edirsiz edək, bunu yox - Məni Bakıya buraxmazlar”

“Komandanın işləri qaydasında getmirdi.

Qınaqlardan bezmişdik, rəhbərlikdə təmsil olunanlar futbol mütəxəssisləri deyildi”.

Vaxtilə “Fakel”də Qurban Qurbanovla komanda yoldaşı olmuş Dmitri Qonçarov özünün maraqlı təəssüratlarını bölüşüb.

Rusiyanın köklü klublarından olan “Fakel” bu il 75 illik yubileyini qeyd edir. 1947-ci ildə yaranan Voronej təmsilçisinin azərbaycanlı futbolsevərlərin yaddaşında önəmli izlər buraxır.

Ölkəmizin məşhur hücumçularından olmuş, illərdir məşqçi kimi “Qarabağ”la xarüqələr yaradan Qurban Qurbanov 1999-2001-ci illər aralığında “ağ-göylər”in şərəfini qoruyub ki, yerli azarkeşlər bu ad-soyadı hələ də xatırlayır.

Rusiyanın ən çox oxunan idman saytlarından olan sports.ru-da “Fakel”lə bağlı yubiley yazısı dərc olunub.

Vaxtilə komandanın şərəfini qorumuş, məşçilik etmiş, klubda çalışmış şəxslər ötən illərlə bağlı xatirələrini bölüşüb, indiyə qədər sirr qalan bəzi gizlinlərin üstünü açıb.

“Spartak”la ÇSKA-nın da qapısını qorumuş 47 yaşlı mütəxəssis “Qarabağ”ın çalışdırıcısı ilə bağlı olayı danışıb:

“Ardıcıl uğursuz matçlardan sonra rəhbər şəxslər olmadan toplaşmağı qərar aldıq: “Uşaqlar, meşəyə gedək, kabab bişirək, problemləri müzakirə edək”.

Orada qərara gəldik ki, birlik nümayiş etdirmək üçün bütün futbolçuların saçını-üzünü rəngləyək, hamı sarışın olsun.

Bunu eşidən Qurban Qurbanov dil-ağız etməyə başladı: “Nə edirsiniz edək, bircə bundan başqa. Məni Bakıya buraxmazlar”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti