"Onu cinahda oynadan məşqçiyə "eşşək" deyirəm" - QALMAQAL

30 İyun 2022 10:20 Hadisə 609
"Onu cinahda oynadan məşqçiyə "eşşək" deyirəm" - QALMAQAL

Braziliya millisinin baş məşqçisi Tite yığmanın və PSJ-nin hücumçusu Neymarı müdafiə edib.

Sportinfo.az xəbər verir ki, Tite, Neymarın problem yox, həll yolu olduğunu bildirib:

“Neymar problem deyil, həll yoludur. Bəzən deyirlər ki, mərkəzdə daha çox səhv edəcək. Neymarın mövqeyi onu daha çox səhv etməyə məcbur edir. O, yaradıcılıqla oynayanda həlledici töhfə verir”.

Tite, 30 yaşlı braziliyalı futbolçunu cinahda oynadan məşqçiləri tənqid edib:

“Neymarı cinahda oynadan məşqçiyə eşşək deyirəm. Bu, belə keyfiyyətlərə malik futbolçunun yaradıcılığını xeyli məhdudlaşdırır.

Yaradıcılıq sabitlik deyil, təsadüfdür, haldır. Bəli, futbolçu daha çox səhv edəcək, çünki onun yaradıcılığı və oynadığı mövqe bunu tələb edir”.

Neymar ötən mövsüm PSJ-nin heyətində 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti