Azərbaycanlı futbolçunu aşağı liqaya "yola saldılar"

19 May 2022 01:50 Hadisə 706
Azərbaycanlı futbolçunu aşağı liqaya "yola saldılar"

Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geydiyi "Arsenal" (Tula) səfərdə "Ufa"nın qonağı olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbisylə başa çatıb.

Ayaz Quliyev də bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Arsenal"ın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Tula təmsilçisi 23 xal toplayıb və 14-cü yerdə olan "Ural"dan 4 xal geri qalır.

"Arsenal" növbəti mövsüm Milli Futbol Liqasında (FNL) mübarizə aparacaq. Komanda axırıncı dəfə 2015/2016 mövsümündə FNL-də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”