Kələyin üstü açıldı, MARAQLI REAKSİYA GƏLDİ: “Mənlik bir şey yoxdur”

18 May 2022 20:20 Hadisə 1 232
Kələyin üstü açıldı, MARAQLI REAKSİYA GƏLDİ: “Mənlik bir şey yoxdur”

AFFA İntizam Komitəsinin qərarına əsasən Region Liqasının finalında “Cəbrayıl”la “Araz Naxçıvan” yox, “Xan Lənkəran” qarşılaşacaq.

Naxçıvan təmsilçisinin heyətində 2 futbolçunun hazırda qüvvədə olan peşəkar müqaviləsi olduğu üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Belə olduğu halda mayın 20-də Şamaxıda “Cəbrayıl”la “Xan Lənkəran” üz-üzə gələcək.

İndiki vəziyyətdə naxçıvanlıların üzləşdiyi vəziyyəti anlamaq çətin deyil. Min bir zəhmət qarşılığında Bakıya gəl, Bakıda qal, azarkeşlərin səfərini təşkil et, finala 2 gün qalmış bu xəbərə üzül.

Maraqlıdır, klub rəsmiləri futbolçuların peşəkar müqaviləsinin mövcudluğundan xəbərsiz olub? Bu işdə məsuliyyət kimin boynundadır? “Araz Naxçıvan” bununla bağlı hansı addım atmağı planlaşdırır?

Suallara aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq.

Dabışmağa halı olmayan və səsindən məyusluq “axan” Bağırov saytımıza açıqlamasında geniş danışmaq istəmədiyini bu cür izah etdi:

“Bu məsələ ilə bağlı danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, mənlik bir şey yoxdur. Bizim işimiz seleksiyadır, meydandır, futbol oynamaqdır.

Əsas odur ki, növbəti mövsümdə Birinci Divizionda çıxış edəcəyik. İddialı komanda formalaşdırıb irəli boylanmalıyıq. Qalan şeylər düzələr, inşallah”.

Mayın 15-də Region Liqasının yarımfinalı çərçivəsində baş tutmuş oyunda “Xan Lənkəran” hesabı açsa da, “Araz Naxçıvan” baş məşqçi Azər Bağırovun yerinə düşən əvəzetmələri sayəsində 2 qol vurub adını finala yazdırmışdı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi