Putin Paşinyanla Qarabağdan danışdı: "Çoxlu suallar var”

17 May 2022 01:20 Hadisə 494
Putin Paşinyanla Qarabağdan danışdı: "Çoxlu suallar var”

Rusiya Prezidenti Vladimir Putinin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.

Putinlə Paşinyan Qarabağ məsələsini müzakirə ediblər.

"Biz ikitərəfli gündəlikdəki bütün məsələlər və regional məsələlər üzrə sizinlə müntəzəm təmasdayıq. Buna baxmayaraq, həmişə çoxlu suallar yaranır. Dialoqumuzun intensivliyini nəzərə alsaq, bu, göz qabağındadır. Biz Qarabağ probleminin həllində Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə üçtərəfli formatda birgə fəal işləməyə davam edirik. Çoxlu suallar var”, - deyə Putin qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti