Almeyda Antalyada tər tökür, xanımı Azərbaycanda bu cür əylənir - FOTOLAR

23 Yanvar 19:40 Hadisə 1 352
Almeyda Antalyada tər tökür, xanımı Azərbaycanda bu cür əylənir - FOTOLAR

Əcnəbi futbolçuların Antalyada təlim-məşq toplanışında tər tökdüyü dövrdə ailə-uşaqlarının Bakıda hansı çətinliklərlə üzləşdiyini təxmin etmək çətin deyil.

Lakin elə qadınlar da var ki, uşaqlara atanın yoxluğunu hiss etdirmədən istirahətin həzzini çıxarmağa çalışır.

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın xanımı Kamila Pamela kimi.

Braziliyalı xanım iki qız övladı ilə cəmi 1 ay əvvəl Braziliyada okean kənarında günəş şüası ilə “qidalanırdısa”, indi qarın dadını çıxarır.

Kamila övladları və Riçardın anası ilə birgə Qubaya yollanıb. “Quba Palas”da məskunlaşan braziliyalılar qarın və buzun ləzzətini dadmağı bacarıb.

Bunu xanımın şəxsi “instaqram” hesabında paylaşdığı şəkillərdən görmək mümkündür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti