Gəncədə futbolun inkişafına təkan olacaq hadisə - FOTOLAR

4 Dekabr 2021 00:30 Hadisə 473
Gəncədə futbolun inkişafına təkan olacaq hadisə - FOTOLAR

AFFA-nın İcraiyyə Komitəsinin iclasında Gəncədə Futbol Akademiyasının inşa olunması ilə bağlı qərar rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, layihəyə əsasən, şəhər stadionunda, “Kəpəz”in nəzdində Nizami yurdunda uşaq futbolunun inkişafı ilə bağlı köklü işlər həyata keçiriləcək.

Klub rəhbərliyi ictimaiyyət nümayəndələri ilə görüş keçirərək görüləcək işlərlə bağlı açıqlama verib.

Futbol Akademiyasının fəaliyyət göstərəcəyi Gəncə şəhər stadionunda keçirilən görüşdə futbol veteranları, azarkeşlər və media nümayəndələri iştirak edib.

Klubun icraçı direktoru İlqar Nadiri gəncəli futbolsevərlərin çoxdan arzusunda olduqları akademiyanın nəhayət ki, reallığa çevriləcəyini bildirib.

Görüləcək işlərlə bağlı məlumat verən klub rəhbəri futbol akademiyasının 1 il müddətində tikilərək istifadəyə veriləcəyini diqqətə çatıdırıb.

İlqar Nadiri onu da qeyd edib ki, akademiya binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydanın salınması planlaşdırılır.

Görüşdə iştirak edən Gəncə Futbol Veteranları Birliyinin üzvləri də akademiyanın şəhərdə futbolun inkişafına böyük təkan verəcəyini vurğulayıblar.

Futbol məktəbinin fəaliyyətə başlamasından bir neçə il sonra əvvəllər olduğu kimi çox sayda gəncəli futbolçunun müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış edəcəklərinə inandıqlarını bildiriblər.

Gəncəli fanatlar da futbol akademiyasının inşası xəbərini böyük sevinclə qarşılayıblar. Uzun illər bu anı gözləyən azarkeşlər məktəbin açılmasının yeni istedadların yetişməsinə böyük kömək edəcəyini deyiblər.

Futbol akademiyasının layihəsi artıq mətbuata da təqdim edilib. Həm fotolardan, həm də verilən məlumatlardan belə aydın olur ki, Gəncədə akademiya üçün inşa olunacaq bina ölkədə görünüşünə və imkanlarına görə ən gözoxşayan, müasir şəraitli idman tikililərindən olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"