Meydana 9 futbolçu ilə çıxdı, 6 nəfərlə qaldılar, oyun dayandı - VİDEO

28 Noyabr 2021 12:20 Hadisə 857
Meydana 9 futbolçu ilə çıxdı, 6 nəfərlə qaldılar, oyun dayandı - VİDEO

Portuqaliya Premyer Liqasının XII turunda maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb.

Portuqaliya klubu meydana 9 futbolçu ilə çıxıb, oyun yarımçıq dayandırılıb

Onlardan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.

Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb

Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb.

Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

Oyundan əvvəl "Belenenseş"in 13 futbolçusu, baş məşqçisi və köməkçiləri, həmçinin klubun 2 əməkdaşında koronavirus aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"