Elnur Əşrəfoğlu torpağa tapşırıldı - FOTOREPORTAJ

20 Oktyabr 2021 11:50 Hadisə 797
Elnur Əşrəfoğlu torpağa tapşırıldı - FOTOREPORTAJ

Ötən gün koronavirusdan dünyasını dəyişən tanınmış jurnalist Elnur Əşrəfoğlu dəfn olunub.

Sportinfo.az xəbər verir ki, mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində E.Əşrəfoğlunun ailə üzvləri, yaxınları, Cüdo Federasiyasının rəsmiləri jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu, "Yeni Klinika"da müalicə alırdı.

E.Əşrəfoğlunun axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM