“SPORTİNFO TV”: “Mənim “Neftçi”də 2 səhvim olub” - VİDEO

19 Oktyabr 2021 20:20 Hadisə 844
“SPORTİNFO TV”: “Mənim “Neftçi”də 2 səhvim olub” - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov olub.

“Neftçi”dən ayrılıq səbəblərinə ilk dəfə “Futbol söhbəti”ndə aydınlıq gətirən Sultanov bunu öz istəyi ilə etdiyini diqqətə çatdırıb:

“Füzuli Məmmədov baş məşqçi postundan getdisə, mən də ayrılmalı idim. Antalyada təlim-məşq toplanışı vaxtı klub rəhbərinə zəng etdim ki, nəsə etmək lazımdır”.

Sultanov “Qarabağ”a 0:6 hesabı ilə uduzuqları qarşılaşma onun həyatında dərin bir iz buraxdığını da bildirib:

“Transferlər etmək üçün büdcə ayrılmadı. Heyət sarıdan müəyyən çatışmazlıqlar vardı. Klub rəhbərliyinə istədiyim transferləri elətdirə bilmədim”.

C.Sultanov həmçinin “Keşlə”dəki qısamüddətli fəaliyyətinə də toxunaraq, ora getməkdə səhv addım atdığını bildirib: “Peşiman deyiləm, amma səhv qərar verdim. Orada çalışmaq prinsiplərimə zidd idi”.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=5EfIUViP31w&t=2s)

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!