“Legiya”nın baş məşçisi Mahir üçün axtarışa çıxdı

14 Sentyabr 2021 16:20 Hadisə 1 778
“Legiya”nın baş məşçisi Mahir üçün axtarışa çıxdı

"Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik.

Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl "Sport.tvp.pl" nəşrinə müsahibəsində deyib.

51 yaşlı mütəxəssis aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib:

"Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm.

Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".

Sentyabrın 15-də keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti