“Sabah” razılaşdı - Gürcülərin mərhum naziri yad etmək təklifi ilə

28 İyul 2021 16:40 Hadisə 607
“Sabah” razılaşdı - Gürcülərin mərhum naziri yad etmək təklifi ilə

"Sabah” bu gün Gürcüstan toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.

Ramin Quliyevin komandası yerli “Saburtalo” ilə qarşılaşacaq.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunacaq. Qalib komandaya xatirə kuboku təqdim ediləcək.

Sportinfo.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov təklifin Gürcüstan təmsilçisindən gəldiyini bildirib:

"Saburtalo" ilə matç Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunacaq. Bu barədə təklif qarşı tərəfdən gəldi, biz də müsbət qarşıladıq".

Matç saat 18:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu