İnanılmaz qol şansını qaçırdı, özü də inana bilmədi - VİDEO

26 İyul 2021 01:24 Hadisə 978
İnanılmaz qol şansını qaçırdı, özü də inana bilmədi - VİDEO

“Bavariya” ilə “Ayaks” arsında yoldaşlıq oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, oyun 2:2 başa çatıb.

Maraqlı vəziyyət qarşılaşmanın 44-cü dəqiqəsinə təsadüf edib.

Belə ki, birinci hissənin son dəqiqəsində “Ayaks”ın müdafiəçilərindən yayınaraq qapıçını da aldadan “Bavariya”nın 21 yaşlı hücumçusu Coşua Zirkze topu boş qapıya göndərməyə tələsməyib və nəticədə rəqib futbolçu son anda qolun qarşısını alıb.

Həmin an nə baş verdiyini tam dərk edə bilməyən Zirkzenin baxışları futbolsevərlər tərəfindən maraqla izlənilib.

Digər Xəbərlər
Xəbər Lenti