“Neftçi”yə hörmətimiz böyükdür, amma...” – Portuqaliyalı məşqçi

21 İyul 2021 18:00 Hadisə 716
“Neftçi”yə hörmətimiz böyükdür, amma...” – Portuqaliyalı məşqçi

Sportinfo.az xəbər verir ki, “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyun barədə sualları cavablandırıb.

- Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik. Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. "Neftçi" ilə matça hazırıq.

- Azarkeşlər sabah sizi tək qoymayacaq. Buna münasibətiniz necədir?
- Bu, bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı. Sabahkı oyunda onların iştirakı çox vacibdir. Bunda köməyi olan hər kəsə təşəkkür edirik.

- "Neftçi"ni lazımi qədər təhlil etmisiniz, yoxsa daha çox gücünüzə arxalanaraq, öz oyununuz barədə düşünürsünüz?
- Öz oyunçularımıza çox güvənirik. Amma bu o demək deyil ki, "Neftçi"yə diqqət yetirmirik. Rəqibi təhlil etmişik. Onların güclü futbolçuları var. İçlərində universal oyunçular da var. Onlara hörmətimiz böyükdür. Amma meydana qələbə üçün çıxacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı