Çempionumuzun iti oğurlandı: Tapana və yai gətirənə mükafat veriləcək"

18 May 2021 14:20 Hadisə 407
Çempionumuzun iti oğurlandı: Tapana və yai gətirənə mükafat veriləcək"

Azərbaycanın üç təkanla tullanma üzrə Avropa çempionu Nazim Babayevin iti oğurlanıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı idmançı bu barədə instaqram paylaşımında bildirib.

Tanışlardan postu paylaşmasını xahiş edən Babayev itin Pirşağıda gecə saatlarında oğurlandığını vurğulayıb: "Tapana və ya iti gətirənə mükafat veriləcək".

Nazim Babayev 2019-cu ildə Avropa çempionu olub. Atlet Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti