“Avqusta qədər Qarabağda bir nəfər də erməni hərbçisi qalmayacaq”

8 May 2021 02:52 Hadisə 1 710
“Avqusta qədər Qarabağda bir nəfər də erməni hərbçisi qalmayacaq”

“Düşünürəm ki, öncə Qarabağdakı erməni hərbçiləri tamamilə torpaqlarımızdan çıxarılmalıdır. Və bildiyimə görə, qarşı tərəf söz verib ki, avqusta qədər Qarabağda bir nəfər də olsun erməni əsgəri qalmayacaq”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri moderator.az əməkdaşının “Azərbaycan dövləti bəzi ictimaiyyət nümayəndələri və politoloqların söylədiyi kimi, iyun ayınadək Xankəndi, Xocalı və digər ərazilərimiz üzərində nəzarəti ələ keçirmək imkanlarına malikdirmi? Rusiya hərbi kontingenti orada olduğu bir vəziyyətdə bunu etmək mümkündürmü?” sualına cavabında İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı səsləndirib.

“Bizim Xankəndiyə, Xocalıya, Ağdərəyə, Əsgərana nəzarətimizə gəldikdə, bu da mütləq olacaq. Dövlətimiz bunun üçün müvafiq addımlar atır.

Hələki biz Xocalı və Xankəndinə tam nəzarət edə bilmirik. Ancaq ordumuz və kəşfiyyatımız gecə-gündüz Yuxarı Qarabağdakı hadisələri izləyir, məlumat toplayır və dövlət rəhbərliyinə təqdim edir.

Düşünürəm ki, Azərbaycanın Xankəndi və Xocalıya tam nəzarətinin nə vaxt baş tutacağını hələki avqust ayından sonra atacağimiz addımlara görə deyə bilərik. Həm də Rusiyanın hərbi kontingenti Qarabağda olduğu bir zamanda bizim Qarabağa tam nəzarət etməyimiz bir az çətin məsələdir.

İqtidarlı-müxalifətli vətəndaşlarımız dövlətimizin yanında olmalı, birlikdə mübarizə aparmalı və dirənməliyik. Azərbaycan dövlətinin hər bir vətəndaşı bu istiqamətdə bacardığı işi görməlidir.

Mübarizə aparmalıyıq, dirənməliyik; başqa çarəmiz yoxdur. Sovet-Finlandiya müharibəsində Finlandiya xalqı 33 gün dirəndi, sonda təslim oldu.

Fəqət, Azərbaycan xalqı 208 ildir ruslar, ermənilər və digər bizə qarşı olan quvvələrə qarşı döyüşür. 1988-1994-cü illər arası ölkəmiz, xalqımız düşmənlərimizə qarşı təkbaşına vuruşdu.

Nəhayət, 44 günlük Vətən müharibəsində xalqımız, dövlətimiz, ordumuz tarix yazdı. Yalnız Allaha və özümüzə güvənməliyik. Bizim tək dövlətimiz, tək bayraqımız var” –deyə analitik vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var