Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

28 Fevral 2021 15:50 Hadisə 542
Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

Sportinfo.az xəbər verir ki Müdafiə Nazirliyi Ağdamda həlak olan hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlu ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"