Şaxtada küçədə gecələyən şəxs sığınacağa aparıldı - FOTO

24 Fevral 2021 15:10 Hadisə 1 326
Şaxtada küçədə gecələyən şəxs sığınacağa aparıldı - FOTO

Gecə sosial şəbəkələrdə haqqında foto paylaşılan, “Qələbə dairəsi” yaxınlığında küçədə gecələyən Yusif Əmirov Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov feysbuk səhifəsində paylaşım edib.

O, bu barədə Agentliyə xəbər verən hər kəsə təşəkkür edib.

Ötən gün sosial şəbəkələrdə küçədə gecələyən həmin şəxslə bağlı paylaşımlar edilmişdi.

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son iki gündə daha 6 nəfər yerləşdirilib.

Müəssisəsədə 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir.

Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı, 9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.

Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"