“Sosial şəbəkələrdə yayılanlar düşmən dəyirmanına su tökməkdir”

13 Yanvar 14:10 Hadisə 421
“Sosial şəbəkələrdə yayılanlar düşmən dəyirmanına su tökməkdir”

“Səfərbərlikdən tərxis edilmiş vətəndaşlarla bağlı yaradılan komissiya indiyədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 532 müraciətə baxıb. Komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 96 müraciətə baxılıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 13-də jurnalistlərə müsahibəsində məlumat verib.

Mətbuat katibi bildirib ki, son zamanlar səfərbərlik üzrə xidmətə çağırılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər:

“Həmin şəxslərə bir daha xatırladırıq ki, bu müraciətlər anonim olduğundan biz onlara cavab verə bilmirik.

Bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən müvafiq komissiyaya yazılı və şifahi qaydada müraciət etmələri kifayət edir.

Sosial şəbəkələrdə yayılan bu məlumatlar müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda, bu, düşmən dəyirmanına su tökmək deməkdir”.

O qeyd edib ki, komissiya üzvləri müraciətlərlə bağlı qeydiyyat aparırlar və lazımi kömək göstərməyə çalışırlar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 22:20 Son 10 ilin ən düz adamı
16 Yanvar 11:25 Metro yenə bağlı olacaq