"Mən buna heç bir zəmanət verə bilmərəm"

27 Oktyabr 2020 11:48 Gündəm 309
"Mən buna heç bir zəmanət verə bilmərəm"

Gələn ilin yayında keçiriləcək AVRO-2020-nin oyunlarına azarkeşlərin cəlb olunması real görünmür.

Sportinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Oliver Dauden deyib.

O bildirib ki, “Uembli” stadionunda keçirilməsi nəzərdə tutulan həlledici qarşılaşmaların boş tribunalar önündə təşkili daha inandırıcıdır.

Nazir koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən həmin matçlara azarkeşlərin buraxılmasını riskli hesab edir: “Bu virusu və gözlənilməzliyini nəzərə alsaq, heç bir zəmanət verə bilmərəm. Ancaq təhlükəsiz olarsa, əlbəttə ki, bunu reallaşdırmaq üçün çalışacağıq”.

Bakı da daxil olmaqla 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilin iyun-iyul aylarına təxirə salınıb. Ancaq qitə birinciliyinin bir ölkənin 4 stadionunda təşkili variantı müzakirə edilir.

Digər Xəbərlər
Xəbər Lenti