“Neftçi”nin nəzərinə - İki yeni transfer Bakıda

12:40 Gündəm 267
“Neftçi”nin nəzərinə - İki yeni transfer Bakıda

“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Minsk “Dinamo”su dünəndən bəri Bakıdadır.

Sportinfo.az Belarus mətbuatına istinadən xəbər verir ki, komanda ölkəmizə gəlmək üçün uzun məsafə qət etməli olub.

Belə ki, Bolqarıstanın Stara Zaqora şəhərində təlim-məşq toplanışında olan “Dinamo” oradan 365 km məsafədəkı İstanbula avtobusla gedib, daha sonra təyyarə ilə Bakıya uçub.

“Dinamo”nun yeni transferləri Daniil Duşevski və Rayan Gibero komandaya məhz paytaxtımızda qoşulub.

İyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!