40°-yə yaxın isti olacaq - Günün HAVA PROQNOZU

07:00 Gündəm 77
40°-yə yaxın isti olacaq - Günün HAVA PROQNOZU

İyunun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!