Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər - Onu istəyən kimdir?

09:00 Gündəm 414
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər - Onu istəyən kimdir?

“Kayzerslautern”in hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.

Sportinfo.az Kiprin “Goal News” nəşrinə istinadən xəbər verir ki, APOEL Azərbaycan millisinin üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib.

Nikosiya təmsilçisi 28 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək niyyətindədir.

Mənbənin məlumatına görə, Mahir “Kayzerslautern”də kifayət qədər oyun şansı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır. APOEL isə hücumçunu transfer siyahısındakı əsas namizədlərdən biri hesab edir.

Almaniyanın “Der Betze brennt” nəşri də Kipr klubunun Mahir üçün təklif göndərdiyini yazıb.

Almaniya mətbuatında futbolçunun qüvvədə olan müqaviləsinə baxmayaraq, yeni mövsümdə “Kayzerslautern”in planlarında yer almasının gözlənilmədiyi bildirilir.

Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!